İran: ABŞ Hörmüz boğazındakı Lark adasına zərbə endirdi


İran mediası ABŞ ordusunun Hörmüz boğazında yerləşən Lark adasına raket zərbəsi endirdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, eyni zamanda, ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazında hər hansı bir gəmini hədəfə alacağı təqdirdə ABŞ-ın İranın strateji infrastrukturuna zərbə endirəcəyini bəyan edib.

Tasnim Xəbər Agentliyinin məlumatına görə, yerli vaxtla saat 14:48-də baş verən hücum zamanı adada güclü partlayış səsləri eşidilib.

Məlumatda bildirilir ki, raketin hədəfi, hücumun miqyası və dəyən ziyanın müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumlar araşdırmalara başlayıblar.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranı növbəti dəfə xəbərdar edib. O bildirib ki, Tehran Hörmüz boğazında hər hansı bir gəmini hədəfə alarsa, ABŞ İranın strateji obyektlərinə zərbə endirəcək.

"Əgər İran Hörmüz boğazında bir gəmini hədəfə alsa, biz körpünü və ya elektrik stansiyasını bombalayacaq və məhv edəcəyik", – deyə, Tramp vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ