“Dənizdə birbaşa qarşıdurma baş verə bilər”
İsrailin diaspora işləri üzrə naziri Amiçay Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransındakı çıxışında Türkiyə ilə bağlı narahatedici bəyanatlar verib.
Turkustan.az xəbər verir ki, “Channel 12” telekanalının yayadığı məlumata görə, Şikli Türkiyə ordusu ilə dənizdə birbaşa toqquşma ehtimalının artıq qeyri-mümkün ssenari olmadığını, bunun hər an baş verə biləcəyini vurğulayıb.
Nazir xatırladıb ki, İsrail keçmişdə Türkiyəyə fəlakət zamanı humanitar yardım göstərib və hətta illər əvvəl türkiyəli yüksək vəzifəli şəxslərə tibbi dəstək göstərilib, lakin mövcud geosiyasi reallıqlar tamamilə fərqlidir. O, həmçinin Qüdsdəki Türkiyə konsulluğunun fəaliyyətinin dərhal dayandırılmasının və ölkə daxilindəki istənilən Türkiyə nümayəndəliyinin ləğv edilməsinin vacibliyini qeyd edib. /konkret.az/