ABŞ Prezidenti Donald Tramp Ağ Evdə 2020-ci il prezident seçkiləri ilə bağlı növbəti dəfə açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp çıxışında Demokratlar Partiyasının namizədi Co Baydenə uduzduğu seçkilərdə seçici qeydiyyatının oğurlandığını, səsvermə maşınlarının proqram təminatında boşluqlar olduğunu və saxta seçici qeydiyyatlarından istifadə edildiyini iddia edib.
Trampın tapşırığı ilə son il yarım ərzində ABŞ kəşfiyyatının müstəntiqləri və analitikləri 2020-ci il prezident seçkilərinə xarici müdaxilə və saxtakarlıq iddialarını araşdırıblar. Lakin adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinin sözlərinə görə, toplanmış sənədlərin hərtərəfli təhlili nəticəsində bu iddiaları təsdiqləyən heç bir dəlil aşkarlanmayıb.
Bu açıqlama Trampın 2020-ci il seçkilərinin saxtalaşdırıldığı barədə uzun müddətdir səsləndirdiyi iddiaların rəsmi araşdırma nəticələri ilə təsdiqini tapmadığını göstərir.
Aytən Yaşar/ Turkustan.az