Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges açıqlama verib.
Rodriges bildirib ki, zəlzələlər nəticəsində yaralananların sayı 16 740 nəfər olaraq qalır. Təbii fəlakət səbəbindən 17 907 nəfər evsiz qalıb.
Onun sözlərinə görə, zəlzələlər ümumilikdə 856 binaya ziyan vurub. Onlardan 190-ı tamamilə dağılıb, qalan tikililər isə müxtəlif dərəcədə zədələnib.
Aytən Yaşar/ Turkustan.az