İsrail rəsmiləri: Trampın Səudiyyə qərarı bizi narahat edir


ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə mülki nüvə əməkdaşlığına dair sazişi təsdiqləməsi İsraildə narahatlıqla qarşılanıb.

Turkustan.az xəbər verir ki, İsrailin "Yedioth Ahronot" qəzetinin anonim yüksək vəzifəli rəsmilərə istinadən yaydığı məlumata görə, Vaşinqtonun bu addımı Türkiyəyə mümkün F-35 qırıcılarının satışı qədər narahatedici hesab olunur.

Qəzetə danışan rəsmilər bildiriblər ki, ABŞ administrasiyası Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı sazişini İsraillə münasibətlərin normallaşdırılması şərti ilə əlaqələndirməyib.

Onların sözlərinə görə, Vaşinqtonun Ər-Riyad qarşısında belə bir tələb irəli sürməməsi İsrailin ABŞ-dakı siyasi təsir imkanlarının zəiflədiyini göstərir. Eyni zamanda, bu addımın Təl-Əvivin Səudiyyə Ərəbistanı ilə münasibətlər məsələsində istifadə edə biləcəyi mühüm diplomatik rıçaqlardan birini itirməsi kimi qiymətləndirildiyi qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ