Lavrov ABŞ dövlət katibi ilə görüşü təsdiqlədi


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov Filippinin paytaxtı Manilada keçirilən Rusiya–ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

ABŞ dövlət katibi Marko Rubio ilə mümkün görüş barədə danışan Lavrov bildirib:

"Görüşün keçirilməsi barədə razılığa gəlmişik. Dünən Rubio ilə qısa söhbətim oldu. Görüş sabah baş tutacaq. Ümid edirəm ki, görüşün nəticələri ilə bağlı təəssüratlarımı bölüşmək imkanım olacaq. Hesab edirəm ki, görüş səmərəli keçəcək."

Lavrov həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə Alyaskanın Ankoric şəhərində keçirilən görüşünü xatırladaraq, həmin sammitdə Ukrayna böhranının həlli istiqamətində müəyyən razılaşmaların əldə olunduğunu qeyd edib.

Nazir əlavə edib: "Biz amerikalı tərəfdaşlarımızın Ankoricdə irəli sürdükləri təkliflərdən hələ də imtina etmədikləri fərziyyəsi ilə hərəkət edirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ