İrana quru əməliyyatı istisna edilmir


İrana quru əməliyyatı ehtimalı ilə bağlı iddialar gündəmdədir

Turkustan.az xəbər verir ki, ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrin hədəfləri ilə bağlı müzakirələr quru əməliyyatı ehtimalı barədə fərziyyələri gücləndirib.

İddialara görə, zərbələr əsasən körpülərə, tunellərə, dəmir yolu xətlərinə, eləcə də limanlara və hərbi dəniz bazalarına aparan nəqliyyat marşrutlarına yönəlib.

Hərbi ekspertlərin fikrincə, belə zərbələr canlı qüvvənin, sursatın və hərbi texnikanın ölkənin cənub sahillərinə daşınmasını çətinləşdirə, eyni zamanda mümkün sonrakı hərbi əməliyyatlar üçün hərəkət imkanlarını genişləndirə bilər.

Bununla belə, hazırda ABŞ və ya digər tərəflər tərəfindən İrana qarşı quru əməliyyatının planlaşdırıldığına dair rəsmi təsdiq yoxdur. Məlumatlar əsasən hərbi analitiklərin qiymətləndirmələri və açıq mənbələrdə yayılan müşahidələrə əsaslanır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ