Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməklə bağlı təhdidlərini qətiyyətlə pisləyib.
Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda husilərin Səudiyyə Ərəbistanına qarşı səsləndirdiyi dəniz blokadası təhdidlərinin qəbuledilməz olduğu bildirilib və krallıqla həmrəyliyin davam etdiyi vurğulanıb.
Bəyanatda deyilir: "Husilərin Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etmək təhdidlərini qınayırıq və Səudiyyə Ərəbistanı ilə həmrəy olduğumuzu bir daha təsdiqləyirik."
Açıqlamada həmçinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyi və naviqasiya azadlığını təhdid edən, beynəlxalq dəniz daşımalarına və qlobal ticarətə zərbə vuran bütün hərəkətlərin dərhal dayandırılmasının vacibliyi qeyd olunub.
Nazirlik bəyanatın sonunda bildirib: "Bölgədə mövcud gərginliyi daha da artıra biləcək hər hansı addımdan çəkinməyə çağırışımızı bir daha təkrarlayırıq".
Aytən Yaşar/ Turkustan.az