CHP-də yarpaq tökümü: Daha 4 vilayət sədri vəzifədən uzaqlaşdırıldı


CHP-də keçirilən qurultayın məhkəmə qərarı ilə tamamilə etibarsız sayılmasından sonra yenidən partiya sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə keçirilən ilk Mərkəzi İcra Şurasının (MİK) iclası başa çatıb.

Turkustan.az xəbər verir ki, iclasdan sonra partiyanın sözçüsü Müslim Sarı açıqlama verərək CHP-nin təşkilati strukturunda dəyişikliklər edildiyini bildirib.

Onun sözlərinə görə, Kütahya, Uşak, Karaman və Çankırı vilayət təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar. Bundan başqa, daha beş vilayət təşkilatına yeni təyinatlar həyata keçirilib.

Müslim Sarı qeyd edib ki, partiya rəhbərliyi təşkilati strukturun hərtərəfli şəkildə yenidən qurulması istiqamətində fəaliyyətini davam etdirir və qəbul edilən qərarlar bu prosesin ilk mərhələsini təşkil edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ