Rusiya ilə müharibənin dördüncü ilini geridə qoyan Ukrayna hərbi rəhbərlikdə mühüm dəyişiklik edib.
Turkustan.az xəbər verir ki, prezident Volodimir Zelenski general-mayor Mixaylo Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı təyin edib.
43 yaşlı Drapatı 26 illik hərbi xidmətə malik peşəkar zabitdir. O, tank qoşunlarında xidmətə başlayaraq müxtəlif komandanlıq pillələrini keçib və general-mayor rütbəsinə qədər yüksəlib.
Drapatı bu vəzifədə günlərlə davam edən ictimai etirazlardan sonra postunu tərk edən general Aleksandr Sırskini əvəz edib. Bununla da o, Ukrayna Silahlı Qüvvələrinin tarixində ən gənc baş komandanlardan birinə çevrilib.
Müşahidəçilərin fikrincə, bu təyinat Zelenskinin Rusiya ilə davam edən müharibə fonunda Ukraynanın hərbi strategiyasını yenidən formalaşdırmaq və ordunun idarəetməsini gücləndirmək istiqamətində atdığı ən mühüm addımlardan biridir.

Aytən Yaşar/ Turkustan.az