Türkiyəyə məxsus "Mv Reyhan Sarı" adlı yük gəmisi Rusiyadan gələn kömür yükünü Trabzona çatdırmaq üçün hərəkətdə olarkən Novorossiysk sahilləri yaxınlığında hücuma məruz qalıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilən hücum nəticəsində mühərrik bölməsində çalışan bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hücumdan sonra gəmidə təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır./axar.az