Rubiodan İrana sərt xəbərdarlıq: Trampın əlində çoxlu variant var


ABŞ dövlət katibi Marko Rubio İranla təxminən bir il yarımdır razılıq əldə etməyə çalışdıqlarını bildirərək, Tehrana növbəti dəfə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, "Əgər İran əməkdaşlıqdan imtina etməyə davam edərsə, Prezident Donald Trampın sərəncamında bir çox variant var".

Rubio ABŞ-ın İranla mümkün münaqişəni tez və effektiv şəkildə başa çatdırmaq gücünə malik olub-olmaması ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq diplomatik razılaşmaya nail olmaqdır.

Onun sözlərinə görə, ABŞ Tehran rejiminin terrorizmi dəstəkləməkdən əl çəkməsini və nüvə silahının hazırlanmasına yönəlmiş fəaliyyətlərini tamamilə dayandırmasını istəyir.

Rubio həmçinin İran hökumətinin öhdəliklərinə sadiqliyi ilə bağlı ciddi etimad probleminin olduğunu iddia edib. O bildirib ki, Tehran bu yaxınlarda imzalanmış anlaşma memorandumundan irəli gələn öhdəlikləri cəmi iki həftə ərzində pozub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ