Bu gün həyatına son qoyan Rüfətin son “məktubu”… – FOTOLAR


Xəbər verdiyimiz kimi, gənc yazar, jurnalist Rüfət Əhmədzadə bu gün vəfat edib. Onun həyatına son qoyduğu deyilir.

Turkustan.az R.Əhmədzadənin “Aysel üçün interqalaktik məktub” şeirini təqdim edir:

“Cavablanmayan məktublarımın əzabını çəkirəm…

Sən bilərsən,

Məktublaşmayan cavabların əzabı yüngülmü?

Bəlkə ləzzəti var, onu mən hiss edə bilmədim…

Bəlkə, qüdrəti var, onu əldə edə bilmədim.

Necə oldu, görə bilmədim oyunun sonunu,

tanış mənzərə olsa da mənim üçün məğlubluq…

Qələbələr müxtəlif ola bilər…

Amma bütün məğlubiyyətlər eyni cür görünür…

Məsələn, dördgünlük müharibədə ümidlərini

dəfn edən 10 milyonluq xalq kimi

Mənim də itkilərim çox böyükmüş.

Oyundurmu, savaşdırmı,

Sevgi deyil…

Sadəcə, taleyə xox gəlmək üçün…

Cavablanmayan məktub

Məktublaşmayan cavabla gücünü sınayırmış.

Mənə danışma onun-bunun xoşbəxtliyindən…

Özgələrinin bədbəxtliyi də

nankorluğumdan saxlaya bilməz.

Qaytara bilməz heç nə itən 30 ilimi…

3 yaşına qədəm basan körpənin gələcəyi

Bəlkə saxlaya bilər…

Məsələn, bir məhbusu qandal saxlayan kimi.

Ya da ki, bir külfəti hambal saxlayan kimi…

Məndən soruşma – arzularımdan hansına çata bildim…

Puç olanlarını da çoxdan yadımdan çıxarmışam.

Hərdən pıçılda mənə o biri dünyadan:

Yolun sonunda hansı döngədən burulum sənə.

Bilirsənmi,

Bəzən insanlar son ümidlərini

Nifrətdə görər, əfv etmək istəməz.

Bilmirəmmi?

Ölülər çoxdandır şeir oxumur.

Səbəbin bilmədən yaşayan insan…

Belə şeyləri dərk etmək istəməz”.

31189601 2071059749837337 1071625904066658304 nimages 5 1

Globalinfo.az

xxx

Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb.

Turkustan.az xəbər verir ki, bu haqda jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Əhmədzadə jurnalist Aygün Əhmədovanın qardaşı idi.


MANŞET XƏBƏRLƏRİ