Türkiyə səhəri güclü zəlzələ ilə açdı


Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda yerli saatla 06:20-də 5 bal gücündə zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, AFAD məlumat yayıb.

Yerin 15,59 kilometr dərinliyində baş verən zəlzələ ətraf rayonlarda da hiss edilib.

Tələfat və dağıntı barədə məlumat yoxdur. /axar.az/


MANŞET XƏBƏRLƏRİ