Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.
Turkustan.az Unikal-a istinadla xəbər verir ki, əsgər Əli Ramin oğlu İbrahimli oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyi faktı saytımıza təsdiqləyib.
Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.