Balıq alarkən nələrə diqqət etmək lazımdır? – VİDEO


Bəzən dəniz və çay balığı adı ilə alıcılara süni göldə yetişdirilən balıqlar satılır.

Turkustan.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, mütəxəssislər balıqların hansı suda yetişdiyini bilmək üçün bəzi nüanslara diqqət etmək lazım olduğunu vurğulayırlar.

Mütəxəssis İlkin Novruzovun sözlərinə görə, süni göldə yetişdirilən balıqlar nisbətən ucuz olurlar.

“Bu balıqların ətinin rəngi də çay və dənizdə yetişən balıqlardan fərqlənir. Təsərrüfat balıqlarının ətində həmçinin az da olsa lil və torpaq qoxusu da ola bilər”.

Bu arada, balıq qiymətlərində ucuzlaşma var. Bildirilib ki, məhsul xarici ölkələrdən Azərbaycana idxal olduğundan qiymətlər enib. Əgər bazarlarda bolluq davam edərsə, qiymətlər daha da enə bilər.

Daha ətraflı süjetdə:


MANŞET XƏBƏRLƏRİ