Ərdoğandan çağırış: BMT veto hüququnu ləğv etməlidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğv edilməsini və Baş Assambleyanın rolunun gücləndirilməsini təklif edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan “Bloomberg” üçün yazdığı “BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir” başlıqlı məqaləsində qlobal qərar qəbuletmə mexanizmlərinin müasir reallıqlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsinin bir neçə ölkənin veto hüququ ilə bloklanmasının qarşısı alınmalıdır. Ərdoğanın sözlərinə görə, daha ədalətli sistem üçün Təhlükəsizlik Şurasında təmsilçilik genişləndirilməli, seçilmiş üzvlərin qərar qəbuletmədə rolu artırılmalı və Baş Assambleyanın səlahiyyətləri gücləndirilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ