Merzdən seçki məğlubiyyəti etirafı: “Bu, ağır zərbədir”


Almaniya kansleri və Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merz partiyasının Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən ştat seçkilərindəki nəticəsini “ağır zərbə” adlandırıb.

Turkustan.az xəbər verir ki, Berlindəki XDİ qərargahında çıxış edən Merz partiyasının seçkilərdə 5 faizlik həddi keçə bilməməsini və ştat parlamentindəki bütün yerlərini itirməsini “dramatik və görünməmiş nəticə” kimi qiymətləndirib.

“Bu seçkilər dərin bir dönüş nöqtəsidir. Almaniyada 5 faizlik həddi keçə bilməməyimiz və bütün parlament yerlərimizi itirməyimiz XDİ üçün dramatik və görünməmiş nəticədir. Bu, ağır bir zərbədir və onun təsirləri uzun müddət hiss olunacaq”, - deyə Merz bildirib.

Kansler seçki nəticələrinin yalnız onun şəxsi siyasi fəaliyyəti ilə əlaqələndirilməməli olduğunu vurğulayıb. O, Almaniyada və bir sıra digər ölkələrdə siyasi sistemin köklü şəkildə dəyişdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ