İran Prezidenti Məsud Pezeşkian BMT-nin “Etimadın yenidən qurulması” şüarını tənqid edərək beynəlxalq münasibətlərdə etimadın mövcud olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib.
O bildirib ki, insan hüquqları və bir sıra beynəlxalq prinsiplərə əməl edilmədiyi halda etimaddan danışmaq çətindir.
Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında İrana və İran xalqına qarşı hücumları gündəmə gətirəcəyini deyib. O, “düşmənlərin” xüsusilə Fələstin və Suriyada hücumlarını davam etdirdiyini iddia edib.
İran Prezidenti həmçinin ABŞ-ın İranın media nümayəndə heyətinə viza verməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, İran öz mövqeyini beynəlxalq media vasitəsilə çatdıracaq.
Pezeşkian ABŞ və İsrailin müharibə yolu ilə İrana təzyiq göstərə bilmədiyini, indi isə quru və dəniz blokadası, media manipulyasiyası və İranın zəif nöqtələrindən istifadə etməyə çalışdıqlarını iddia edib.
Aytən Yaşar/ Turkustan.az