Tramp: "İran yaxşı vəziyyətdə deyil"


ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında ölkənin vəziyyətinin yaxşı olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Nyu-York meri Zöhran Mamdani ilə görüşdən sonra jurnalistlərə açıqlamasında İranın nüvə silahına sahib olmayacağını deyib.

“Onların vəziyyəti yaxşı deyil. Əslində, bu gün bununla bağlı görüşlərim var. Onların vəziyyəti çox pisdir”, - deyə Tramp bildirib.

Tramp həmçinin Mamdaninin mer kimi fəaliyyətinə toxunaraq onun uğurlu olacağına ümid etdiyini deyib: “Zöhran Mamdaninin əla mer olmasını istəyirəm və onun, şübhəsiz ki, potensialı var”.

ABŞ Prezidenti medianın onu boykot etməsi ilə bağlı da danışıb. “Məni boykot edəcəklərini dedilər, amma etmədilər. Bu jurnalist izdihamına baxın”, - deyə, Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ