ABŞ mediası Trampa qarşı birləşdi: Birgə yayımlar dayandırıldı


ABŞ-ın aparıcı televiziya xəbər kanalları Prezident Donald Trampın bəzi media qurumlarının Ağ Evə girişini məhdudlaşdırmasına etiraz olaraq birgə yayımlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

Turkustan.az xəbər verir ki, Tramp və Respublikaçılarla yaxın münasibətləri ilə tanınan “Fox News” da bu qərara qoşulub.

ABC, CBS, Fox News, NBC və CNN Ağ Evdən yayımlanan proqramlarında Trampın tədbirlərini işıqlandırmayacaqlarını açıqlayıblar. Qərarın CNN-in Ağ Evə girişinə icazə verilməməsindən sonra qəbul edildiyi bildirilib.

Birgə bəyanatda qeyd olunub: “İctimaiyyətin hökumətin fəaliyyəti barədə dəqiq və müstəqil məlumat almaqda həyati marağı var. Heç bir hökumət xəbər təşkilatını yalnız onun yayımladığı xəbərləri bəyənmədiyi üçün məhdudlaşdırmamalıdır”.

“The Washington Post”, “The New York Times” və “Associated Press” də həmrəylik nümayiş etdirərək Trampın BMT tədbirləri ilə bağlı Ağ Evdəki foto hovuzundan çəkilən görüntüləri yerli vaxtla gecə yarısına qədər dərc etməyəcəklərini açıqlayıblar.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ