Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb


Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında törədilən silahlı hücum nəticəsində 1 şagird ölüb, 8 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.

Manisa Valiliyinin açıqlamasına görə, hadisə sentyabrın 22-də saat 07:59 radələrində İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verib. Hadisə yerinə çoxsaylı polis və tibbi yardım briqadaları cəlb olunub.

Silahla atəş açdığı ehtimal olunan şübhəli şəxs təhlükəsizlik qüvvələri tərəfindən tutularaq saxlanılıb.

Faktla bağlı adli və inzibati araşdırma başladılıb.

xxx

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəbdə silahlı hücum olub.

Turkustan.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, bir şagird digər şagirdlərə tüfənglə atəş açıb. Hadisə nəticəsində 4 şagird yaralanıb.

Məktəbə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralanan şagirdlərin səhhəti ilə bağlı ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır./Publika.az

PhotoPhotoPhoto


MANŞET XƏBƏRLƏRİ