Əraqçı: “BMT-də İranın hüquqlarını müdafiə edəcəyik”


İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ölkəsinin əsas məqsədinin İran xalqının hüquq və mənafelərini beynəlxalq platformada müdafiə etmək olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Əraqçi iranlı jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda Nyu-Yorka gəldiklərini deyib.

Nazir bildirib ki, həm özü, həm də İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının sessiyası çərçivəsində müxtəlif görüşlər keçirəcək.

“Əsas məqsədimiz İran xalqının haqq və mənafelərini ən yüksək beynəlxalq platformada müdafiə etməkdir. BMT platforması isə həmin ən yüksək platformadır”, - deyə Əraqçi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ