ABŞ Prezidenti Donald Tramp İranla münaqişə fonunda genişmiqyaslı hücumları bərpa edib-etməməklə bağlı mühüm qərar mərhələsinə çatdığını bildirib.
Turkustan.az xəbər verir ki, o, gələn həftə Körfəz ölkələrinin liderləri ilə keçirəcəyi görüşün müharibənin gələcək gedişinə təsir göstərə biləcəyini qeyd edib.
Tramp “Axios”a açıqlamasında İranla münaqişəyə son qoymaq üçün hərbi əməliyyatların davam etdirilib-etdirilməməsi ilə bağlı ciddi qərar verməli olduğunu deyib.
“Vacib bir qərar verməliyəm. İçəri girib onları (İran rejimini) məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük bir qərardır. Mənim fikrimcə, hər şey mümkündür”, – Tramp bildirib.
ABŞ Prezidenti daha əvvəl də İrana qarşı oxşar təhdidlər səsləndirib. Son açıqlamaları isə onun BMT Baş Assambleyası çərçivəsində altı Körfəz ölkəsinin – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə Nyu-Yorkda planlaşdırılan görüşündən əvvəl səsləndirib.
Aytən Yaşar/ Turkustan.az