Polşada ABŞ hərbi bazası yaradılır? Tramp açıqladı


ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini və bazanın yerinin yaxın vaxtlarda açıqlana biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp “Truth Social” hesabında Polşa ilə ABŞ arasında hərbi əməkdaşlıqla bağlı son vəziyyətə toxunub.

ABŞ Prezidenti Polşa Prezidenti Karol Navrotskinin “cəsarətli liderliyini” qeyd edərək, Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib.

“Əgər bu baş verərsə, bazanın yeri çox tezliklə açıqlanacaq”, – Tramp qeyd edib.

O, ABŞ hərbi bazasının yaradılmasını iki ölkə arasındakı müttəfiqlik münasibətləri baxımından “tarixi” addım kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ