ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO müttəfiqlərinin Rusiyadan artan təhlükə ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, ABŞ qoşunlarının təxminən üçdə birinin Avropadan çıxarılmasını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, Pentaqon Avropadakı ABŞ hərbi kontingentinin, eləcə də təyyarə, gəmi və silahların bir hissəsinin bölgədən çıxarılmasını nəzərdə tutan plan üzərində işləyir.
Rəsmilərin sözlərinə görə, ilkin mərhələdə təxminən 25 min ABŞ əsgərinin Avropadan çıxarılması planlaşdırılır. Lakin bu rəqəmin 40 minə qədər artırılması da mümkündür.
Potensial ixtisarların əsasən Almaniya, İtaliya və İspaniyadakı ABŞ hərbi qüvvələrinə təsir edəcəyi bildirilir.
ABŞ-ın Avropadakı hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azaldılması Rusiyanın daha da cəsarətlənə biləcəyindən ehtiyat edən Avropa ölkələrində narahatlıq yaradıb.
Aytən Yaşar/ Turkustan.az