Aİ-dən husilərə sərt mesaj: Məkkəyə hücum qınandı


Avropa İttifaqı (Aİ) Yəməndə və Səudiyyə Ərəbistanına qarşı husilərin həyata keçirdiyi hücumları, o cümlədən Məkkəni hədəf alan son hücumu sərt şəkildə qınayıb.

Turkustan.az xəbər verir ki,Aİ Xarici Əlaqələr Xidmətinin (EEAS) sözçüsü yaydığı yazılı açıqlamada husilərin Yəmən və Səudiyyə Ərəbistanına qarşı hücumlarının “şiddətlə pisləndiyini” bildirib.

Açıqlamada Məkkəyə edilən son hücuma xüsusi diqqət çəkilib və Aİ-nin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğu vurğulanıb.

Bəyanatda mülki şəxslərin və infrastrukturların hədəfə alınmasının qəbuledilməz olduğu qeyd edilib. Bildirilib ki, husilərin hücumları Yəməndə münaqişənin siyasi və qeyri-hərbi yollarla həlli perspektivlərini zəiflədir və regional təhlükəsizliyə zərər vurur.

Aİ husiləri bütün hərbi fəaliyyətlərini dayandırmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ