Cənubi Koreyanın Hörmüz qərarı: Baş nazir açıqladı


Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin Hörmüz boğazında vətəndaşlarının, gəmilərinin və enerji marşrutlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəyini, lakin bölgəyə qoşun göndərməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Li mətbuat konfransında Hörmüz boğazı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

“Gəlin açıq danışaq. Münaqişəyə səbəb ola biləcək heç bir qoşun göndərilməyəcək. Biz nə müharibəyə girəcəyik, nə də müharibəyə müdaxilə edəcəyik”, – Cənubi Koreya Prezidenti deyib.

Li qeyd edib ki, münaqişələrə hərbi müdaxilədən çəkinmək Cənubi Koreyanın indiyədək izlədiyi prinsipdir və bu yanaşma gələcəkdə də davam etdiriləcək.

O bildirib ki, digər ölkələr kimi Cənubi Koreya da Hörmüz boğazında öz vətəndaşlarının, gəmilərinin və xam neft daşımalarının təhlükəsizliyini qorumaq üçün mümkün olan bütün tədbirləri görəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ