Feldmarşaldan İrana xəbərdarlıq: Pakistan və Türkiyə müharibəyə qoşula bilər


Pakistan Silahlı Qüvvələrinin Baş Komandanı feldmarşal Asim Münir dəfələrlə İrandan dəstək verdiyi Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına və bu ölkənin enerji infrastrukturuna hücumlarının dayandırılması üçün səy göstərməsini istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadla məlumat yayıb.

Feldmarşal Tehrana xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanının Məkkə Müdafiə İttifaqına əsasən rəsmi müraciəti olacağı təqdirdə, İslamabad bu ölkəni müdafiə etmək üçün müdaxilə etməyə məcbur qala bilər.

Bir diplomat da “Financial Times”a deyib ki, Səudiyyə Ərəbistanı region ölkələrinin dəstəyini cəlb etməyə çalışsa da, bu cəhdlər nəticə verməyib. O əlavə edib ki, hazırkı şəraitdə nə Ər-Riyadın, nə də husilərin danışıqlara meyli var.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün iştirakçılara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur./teleqraf


MANŞET XƏBƏRLƏRİ