Türkiyədə məşhurlara qarşı böyük əməliyyat: Aras Bulut da HƏBS OLUNDU


Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində aktyor Aras Bulut İynemli, reper Sefo və digər tanınmış şəxslər saxlanılıb.

Baş Prokurorluq cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində aparılan istintaqla bağlı açıqlama yayıb.

Açıqlamaya görə, araşdırma zamanı aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan bəzi şəxslərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitələrin istifadəsini asanlaşdırması və ya bu məqsədlə məkan təmin etməsi ilə bağlı şübhələri təsdiqləyən sübutlar əldə edilib.

18 şübhəli barəsində saxlanılma qərarı

İstintaq çərçivəsində İstanbul İl Jandarm Komandanlığına 18 sentyabr 2026-cı il tarixində 18 şübhəlinin saxlanılması və onların ünvanlarında axtarış aparılması barədə göstəriş verilib.

Şübhəlilərdən narkotik vasitələrdən istifadə hallarının müəyyənləşdirilməsi məqsədilə bioloji nümunələrin götürülməsi və ekspertizaya göndərilməsi də tələb olunub.

Jandarmadakı prosedurlar və ifadələri başa çatdıqdan sonra şübhəlilərin Bakırköy Baş Prokurorluğuna gətirilməsi barədə göstəriş verilib.

Baş Prokurorluq araşdırmanın davam etdiyini açıqlayıb.

Saxlanılan şəxslərin siyahısı:

Aras Bulut İynemli

Seyfullah Sağır (Sefo)

Melis Sezen

Nilperi Şahinkaya

Hande Demir

Hasan Şaş

Melis İşiten

Yeliz Yeşilçimen

Anıl Durmuş

Hazal Filiz Küçükköse

Volkan Akçıray

Zeynep Akçıray

Eda Güzelcik

Sezer Çakır

Sayat Zurnacı

/yenisabah.az


MANŞET XƏBƏRLƏRİ