Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstraliya və Yeni Zelandiyanın Kanada kimi Avropa İttifaqı (Aİ) ilə “assosiativ üzvlük” münasibətləri qura biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Metsola “Euronews”a müsahibəsində Kanada üçün təklif olunan assosiativ üzvlük statusu və Aİ-nin oxşar dəyərləri bölüşən ölkələrlə münasibətlərinin dərinləşdirilməsi barədə danışıb.
O qeyd edib ki, Avstraliya və Yeni Zelandiya da Kanada ilə yanaşı Aİ ilə belə münasibətlər qura biləcək ölkələr sırasındadır. Metsolanın sözlərinə görə, təklif olunan status tam üzvlüklə namizədlik arasında üçüncü seçim ola bilər.
“Əlaqələrimizi dərinləşdirmək istədiyimiz ölkələr var. Şübhəsiz ki, bu, digər ölkələri də əhatə edəcək və başqaları da qapımızı döyəcək. Belə qeyri-müəyyən vaxtlarda dostların olması vacibdir”, – Metsola bildirib.
Aytən Yaşar/ Turkustan.az