Süni intellekt sistemi fərdi atomlardan yeni dərmanlar toplayıb, laboratoriya tədqiqatları və heyvan testləri onların superböcəklərə qarşı təsirli olduğunu göstərib.
Turkustan.az BBC-yə istinadən xəbər verir ki, onları hələ insanlara təyin etmək mümkün deyil:
“Hələ qabaqda inkişaf illəri və klinik sınaqlar var. Lakin araşdırma aparan Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqat qrupu süni intellektin antibiotiklərin “ikinci qızıl çağını” aça biləcəyinə inanır”.
MIT komandası gonoreya və metisillinə davamlı stafilokokanın səbəb olduğu potensial ölümcül xəstəliklərə qarşı antibiotiklər hazırlamaq üçün süni intellektdən istifadə edərək irəliləyib.
Tədqiqat zamanı alimlər süni intellektə 36 milyon birləşmə, o cümlədən mövcud olmayan birləşmələr təqdim ediblər.
Sistem məlum birləşmələrin kimyəvi strukturlarından və onların müxtəlif növ bakteriyaların böyüməsini ləngitməsi ilə bağlı məlumatlardan istifadə etməklə öyrədilib. Bu, AI-ya bakteriyaların atomlardan, ilk növbədə karbon, oksigen, hidrogen və azotdan ibarət müxtəlif molekulyar strukturlardan necə təsirləndiyi barədə məlumat verdi.
Antibiotiklərin hazırlanması üçün iki yanaşma istifadə edilib.Birinci halda süni intellekt ölçüsü səkkizdən on doqquz atoma qədər dəyişən milyonlarla kimyəvi fraqmentdən ibarət kitabxananı təhlil edərək perspektivli bir başlanğıc nöqtəsi axtardı və sonra onu inkişaf etdirib.
İkinci halda ona əvvəldən tam yaradıcılıq azadlığı verilib. Tədqiqat zamanı mövcud antibiotiklərə çox oxşar olan hər hansı seçim istisna edilib.Bundan əlavə, yaradılan şeyin, deyək ki, sabun deyil, dərman olduğuna əmin olmaq və insanlar üçün zəhərli ola biləcək bütün birləşmələri istisna etmək lazım idi.
Ən perspektivli maddələr laboratoriyada bakteriyalar və yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Nəticədə iki yeni potensial dərman yaradılıb.
Alimlər güman edirlər ki, insanlar üzərində klinik sınaqlara qədər bir və ya iki il lazım olacaq. Bu müddət ərzində dərmanlar təmizlənəcək. /cebheinfo.az/