Hər il 20 milyon insanı öldürür – İnfarktın bu 5 əlamətinə diqqət edin!


Ürək və qan dövranı sistemi xəstəlikləri hər il təxminən 20 milyon insanın həyatına son qoyur.

Turkustan.az xəbər verir ki, bu yaxınlarda İngiltərənin Daily Mirror qəzetinə danışan Şimal-Qərb Universiteti Tibb Fakültəsində araşdırma aparan kardioloq Dr. Allison R. Zielinski ürək xəstəliklərinin, xüsusilə də infarktların beş əlamətlə işarələndiyini bildirib.

Sinə ağrısının ən əhəmiyyətli simptom olduğunu ifadə edən Dr. O, həmçinin qeyd edib ki, fiziki fəaliyyət zamanı döş qəfəsi nahiyəsində artan təzyiq və ya diskomfort ürəyin kifayət qədər qan qəbul etməməsinin əhəmiyyətli göstəricisi ola bilər. “Sabah” qəzetinin xəbərinə görə, doktor Zielinski nəfəs darlığı, ürək döyüntüsü və ya ani başgicəllənmə kimi simptomların da ürək xəstəliyinə işarə edə biləcəyini vurğulayıb.

Doktor Zielinski vəziyyətə ciddi yanaşmağın və bu simptomlardan biri və ya bir neçəsi ilə qarşılaşan hər kəsin həkimə müraciət etməsinin vacibliyini vurğuladı. “Əsas odur ki, əvvəlcədən simptomları düzgün təhlil edin, lazımi vaxtda həkimə müraciət edin, lazımi müayinələrdən keçin və ehtiyat tədbirləri görəsiniz. "Koronar damarların tıxanması nəticəsində yaranan infarktdan əvvəl tədbir görülməlidir. Lazımi damarlar açılıb təmizlənməlidir. Təəssüf ki, infarktdan sonra xəstə və yaxınları üçün vəziyyət daha da çətinləşir".

Zielinski həmçinin Britaniya Ürək Fondunun son hesabatlarına istinad edərək, qollara, boyuna, çənəyə, kürəyə və ya mədəyə yayılan ağrının infarkt əlaməti ola biləcəyini qeyd edib.

Ani ürəkbulanma, həddindən artıq tərləmə və ya huşsuzluq hissinin ümumiyyətlə qida zəhərlənməsi və ya stresdən qaynaqlandığı düşünülsə də, bu əlamətlərin ürək sağlamlığı ilə bağlı ciddi siqnallar ola biləcəyini söylədi.

O, ayaqlarda, topuqlarda və ya alt ayaqlarda şişkinliyin də ürək çatışmazlığının əlaməti ola biləcəyini izah etdi. Bunun səbəbi, ürək kifayət qədər qan pompalaya bilmədiyi zaman maye yığılması baş verə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ