Soyuq su içməyin ZƏRƏRLƏRİ


İsti yay günlərində insanların əksəriyyəti buz kimi soyuq içkilərin istehlakına üstünlük verir.

Düşünürlər ki, məhz buz kimi soyuq su susuzluğu aradan qaldırmaq üçün ən yaxşı seçimdir. Lakin bu, heç də belə deyil.

Turkustan.az xəbər verir ki, mütəxəssislərin fikrinə görə, çox soyuq su orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin insan sağlamlığına ciddi ziyan vurur.

Belə ki, soyuq su, ilk növbədə, ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir.

Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və bu da piylənməyə səbəb olur.

Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə də suyun temperaturuna fikir vermək lazımdır. İstilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır.

Eyni zamanda, dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və kariyes yaranır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ