Kişilərin ən böyük probleminə ÇARƏ TAPILIR


Keçəllik kişilərin ən çox şikayət etdiyi məsələlərdən biridir.

Saçların hətta gənc yaşda da tökülməsi cidi problemə çevrilib.

Turkustan.az xəbər verir ki, Madriddəki (İspaniya) San Karlos Klinik Xəstəxanasında androgen alopesiyanın (saç tökülməsi) müalicəsi üçün yeni üsul işlənib hazırlanıb. Onlar laboratoriya şəraitində saç uzatmağı öyrəniblər. Tədqiqatçılar arasında xəstəxananın dermatologiya şöbəsinin müdiri Eduardo Lopez Bran da var.

Təcrübələr siçanlar üzərində aparılıb, mütəxəssislər piy toxumasından və ATP enerji molekullarından kök hüceyrələri götürüblər. Tədqiqatda iştirak edən bütün kişi subyektlərin saçları uzanıb. Onların yarısı intensiv saç artımı göstərib. Qadınlarda saç artımı 90% hallarda müşahidə edilmişdir.

İndi nəticələr insanlar üzərində aparılan təcrübələrdə yoxlanılmalıdır. Əgər nəticələr özünü insanlarda da təsdiqləyərsə, kişilərin ən böyük problemlərindən birinə son qoyula bilər. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ