Yeni araşdırma kişilərin qocalmanı yavaşlatmaq üçün yeyə biləcəyi 6 qidanı ortaya çıxarıb.
Turkustan.az xəbər verir ki, kişilərin qocalmanı yavaşlatmaq üçün yeyə biləcəyi altı qidanı ortaya qoyan yeni araşdırma bütün bitki əsaslı qidaları əhatə edir.
Bu qidalar epigenetik yaşı azaltmaqla bioloji saatı geri çəkməyə kömək edə bilər, bu da insanın xronoloji yaşından çox hüceyrələrinin yaşına aiddir.
Tərkibində metil adaptogenləri olan bəzi qidalar bir insanın epigenetik yaşını ləngidə bilər. Metil adaptogenlər bitki mənşəli qidalarda olan təbii birləşmələrdir.
Tədqiqatçıların epigenetik yaşı aşağı saldığı qidalara yaşıl çay, oolong çayı, sarıkök, rozmarin, sarımsaq və qırmızı giləmeyvə daxildir.
"Independent Turkish"-in məlumatına görə, araşdırmaya yaşları 50-72 arasında olan təxminən 48 sağlam kişi qatılıb.
Tədqiqat metil adaptogenləri ehtiva edən bəzi qidaların epigenetik yaşı necə azalda biləcəyini anlamaq üçün başlanğıc nöqtəsi olsa da, tədqiqatçılar gələcək tədqiqatların "ümumiləşdirmə qabiliyyətini artırmaq üçün daha əhatəli və müxtəlif populyasiyanı" əhatə etməli olduğunu söyləyirlər.
Bitki mənşəli qidalar və veqanizm 2010-cu illərdən bəri populyarlıq qazanır, lakin amerikalılar hazırda daha çox ət yeyirlər və zülal qəbulunu asanlaşdırmağa diqqət yetirirlər.
“The New York Times” qəzetinin aprel ayında dərc etdiyi “Ət geri qayıdır, boşqablarda və siyasətdə” başlıqlı hesabatda amerikalıların orta illik ət istehlakının iki il ərzində təxminən 4,5 kiloqram azalaraq 2022-ci ildə təxminən 120 kiloqrama düşdüyü ifadə edilib.
Amma ət istehlakı artıq yenidən artmaqdadır.
Aytən Yaşar/ Turkustan.az