Brent markalı neftin barel qiyməti 85,72 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 85,72 dollara satılır.

Ötən gün 86,92 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,75 dollarla başa vurub.

Turkustan.az xəbər verir ki, brent markalı neftin bir barelinin qiyməti 09,47-də bağlanış vaxtı ilə müqayisədə 0,03 faiz azalaraq 85,72 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 82,25 dollara satılıb.

İsrailin Qəzzaya hücumlarına son verəcək atəşkəs ehtimalı neft qiymətlərinə təsirini davam etdirir. Yaxın günlərdə Misir və Qətərin vasitəçiliyi ilə Təl-Əviv və HƏMAS arasında yenidən əsir mübadiləsi və atəşkəsin yaradılması üçün dolayı danışıqların aparılacağı gözlənilir.

İsrailin danışıqlar qrupu məhbus mübadiləsi danışıqları və Rəfah Sərhəd Qapısının idarə olunması ilə bağlı danışıqlarda iştirak etmək üçün dünən Misirə gedib. HƏMAS isə İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün razılığa gəlmək üçün müsbət və çevik mövqe nümayiş etdirdiklərini, İsrailin baş naziri Binyamin Netanyahu isə danışıqlara maneələri artırdığını bildirib.

Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da keçən həftə açıqlanan məlumatlar, ölkədə iqtisadi yavaşlamanın davam etdiyinə və tələbatın zəiflədiyinə diqqət çəkdi. ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımlarla bağlı qeyri-müəyyənlik davam etsə də, ekspertlər bu gün FED sədri Jerome Powell-in şifahi rəhbərliyini yaxından izləyəcəklər.

Görünür, investorlar cümə axşamı açıqlanacaq inflyasiya məlumatlarından əvvəl ehtiyatlı davranırlar.

Digər tərəfdən, bazar oyunçuları Karib hövzəsinə təsir edən Beril qasırğasının neft tədarükünə təsirlərini yaxından izləyirlər. “Kateqoriya 1” intensivliyi ilə ABŞ-ın Texas sahillərinə çatan Beril qasırğası səbəbindən 1 milyondan çox ev və iş yerində elektrik enerjisi kəsildiyi bildirilib.

ABŞ-da qasırğaya görə bəzi limanların bağlana biləcəyi ilə bağlı narahatlıq da qiymətlərə təsir edir. Limanların bağlanması xam və mayeləşdirilmiş təbii qazın ixracını, neftin emal zavodlarına daşınmasını və həmin obyektlərdən motor yanacağının çatdırılmasını müvəqqəti dayandıra bilər.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 86,60-87,96 dollar aralığı müqavimət, 84,72-83,88 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ