Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
Turkustan.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib.
Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.
Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.