Bakıda birdəfəlik kartlar satılacaq?


11–24 noyabr tarixlərində Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 təşkil olunacaq.

Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Bu müddətdə ölkəmiz həm də çox sayda turist qəbul edəcək.

Həmin turistlərin ictimai nəqliyyatdan istifadəsi üçün birdəfəlik kartlar satışa çıxarıla bilərmi? "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hələlik bu məsələ gündəmdə deyil:

"Bu məsələ Bakı Metropoliteninin birbaşa səlahiyyətində olan mövzu deyil. Əgər belə bir məsələ gündəmdə olarsa, aidiyyəti qurumlarla da bu barədə məsləhətləşəcəyik. Məsələlərə dəqiqliklə baxılacaq.

Tövsiyə olunan variant üzrə daşımalar təşkil olunacaq".


MANŞET XƏBƏRLƏRİ