Xahiş edirəm hər kəsə qulaq asmayın”.
Turkustan.az xəbər verir ki, bunu noyabrın 29-da jurnalistlərlə söhbətində Qarabağda ləğv edilmiş separatı rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan “sonuncu prezident” Samvel Şahramanyana cavab olaraq deyib. Şahramanyan dünən erməni mətbuatına bildirib ki, azərbaycanlılarla söhbət zamanı qarşı tərəf ona Samvel Babayanla danışıqlar aparmadıqlarını bildirib.
“İstintaq gedir, yəqin ki, Şahramanyanı dəvət edib, belə bir şeyin olub-olmadığını soruşacaqlar”, - deyə Babayan bildirib.
S.Babayana əvvəllər Qarabağdan köçən ermənilər istəsə, onların qaytarılması prosesini təşkil edə biləcəyini dediyi xatırladılıb. O, buna cavab olaraq “Mən hər şeydə iştirak edirəm”,-deyib.
O, “Hakimiyyətin ermənilərin qaytarılması ilə bağlı fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına belə cavab verdi: “Hakimiyyət və müxalifətin hansı addımlar atdığını bilmirəm? Mən nə etdiyimi bilirəm”. /Cebhe.info/