“Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinə baxışı kifayət qədər ziddiyətlidir” – Politoloqun ŞƏRHİ


“Avropa İttifaqının bütövlükdə Azərbaycan Ermənistan münasibətlərinə normallaşma baxışları kiyafət qədər ziddiyətlidir. Bir tərəfdən Aİ prezidenti Şarl Mişelin rəhbərliyi altında çox uğurlu əməkdaşlıq formatı var idi. Azərbacyan bu fortmatda danışıqları, görüşləri yüksək qiymətləndirirdi”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Politoloq Tural İsmayılov:

Politoloq bildirib ki, “digər tərəfdən biz görürük ki, artıq sistematik şəkildə bu məsələdə çox böyük probelemlər göz önünə çarpır. Aİ-nin müxtəlif rəsmi şəxsləri Aİ prezidenti Şarl Mişeldən fərqli açıqlamalar və mövqelər nümayiş etdirirlər. Digər bir tərəfdən Ermənistan ərazisində Ermənistanın nəzarətində olan yollar təhlükəlidir. Çünki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ortada konkret bir iş yoxdur. Və bütün bunlar olacağı təqdirdə bu gün bir başa Ermənistan ərazisindən Naxçıvana quru yolun keçməsi, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün də o qədər məqbur bir variant hesab edilə bilməz.

T.İsmayılov bildirib ki, eyni zamanda xətlərin Ermənistan ərazisindən keçməsi və yaxud keçməməsi üçün mütləq delimitasiya işləri həyata keçirməlidir. Amma, biz görürük ki, Ermənistan delimitasiya məsələsindən yayınmağına Qərbdə bir söz demir. Bütün bunlar əlbəttə regionda sülhün yaranmağına və nəticədə kommunikasiya lahiyələrinin reallaşdırma imkanını sabotaj edir. Ona görə Qərb praktik addımlar atmalı, əvvəlcə delimitasiya komissiyalarının işinin fəallaşmağına köməklik göstərməlidir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ