Azərbaycanla sərhəddə raketlər yerləşdirilir? – FOTO


İran–Azərbaycan sərhədində, Arazın cənubunda İranın ballistik raket buraxılış qurğuları müşahidə olunub.

Turkustan.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Mənbələrin yaydığı fotoda bir raket buraxılış qurğusu və bir neçə hərbi maşın görünür.

Qeyd edək ki, İranın dövlət mediası Müctəba Xamenei ilə yüksək rütbəli hərbi komandirlər arasında görüş keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, komandirlər həmin görüş zamanı şimal-qərb sərhədlərindəki qüvvələrin hazırlığı barədə məlumat veriblər.


MANŞET XƏBƏRLƏRİ