Naxçıvan vasitəsilə Ermənistana dəmir yolu... - Şirqulami


Tehran və İrəvan arasında Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin qurulması iki ölkənin əməkdaşlığının əsas prioritetlərindən biridir.

Turkustan.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib.

“Naxçıvan üzərindən dəmir yolu xəttinin çəkilməsi və bu marşrutun Qara dənizə qədər uzadılması xüsusi əhəmiyyət daşıyır”, - səfir qeyd edib.

Şirqulami İranın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini vurğulayaraq deyib ki, bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə və qarşılıqlı hüquqlara hörmət əsasında mümkün ola bilər./axar.az


MANŞET XƏBƏRLƏRİ