Ərdoğan Türkiyəni sarsıdan qalmaqallı qərarı sərt şəkildə qınadı


Türkiyədə Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident sarayında toplandı.

Turkustan.az xəbər verir ki, təxminən 1,5 saat davam edən iclasdan sonra Prezident Ərdoğan daxili siyasət, iqtisadiyyat və xarici siyasətdəki son inkişaflarla bağlı açıqlamalar verdi.

Ərdoğan bildirib:

"32 il əvvəl TÜRKSAT 1B peyki ilə başlayan kosmik səyahətimiz bu gün çox böyük bir mərhələyə çatıb. İnam və qətiyyət sayəsində tarixi uğur hekayəsi yazdıq. Bu prosesin hər mərhələsi ölkəmizdə xidmət və inkişaf siyasətinin qarşıya çıxan maneələri necə aşdığını göstərir. TÜRKSAT 3A peyki kosmosa buraxılarkən layihəni kiçiltməyə çalışanlar vardı. Lakin həmin peyk illərdir ölkəmizə uğurla xidmət edir."

O, İsrailin 1915-ci il hadisələrini "soyqırım" kimi tanımasına da sərt münasibət bildirib:

"Əlində, əksəriyyəti uşaq və qadın olmaqla, 73 min günahsız Qəzzalının qanı olan bu cinayətkar şəbəkənin böhtanlarını nəzərə almırıq. Tariximizdə nə zülm, nə qırğın, nə müstəmləkəçilik, nə də soyqırım var. Şanlı tariximiz mərhəmət və şəfqətlə yadda qalıb".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ