Düşmən fikirləşmirdi ki, biz cəbhəni yara bilərik


15 noyabr 1986-cı ildə Şamaxı rayonunun Poladlı kəndində anadan olur...

1992 / 2003-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbdə orta təhsil alır...

2003 / 2007-ci illərdə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində ali hərbi təhsil alır...

2007 / 2009-cu illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin dinləyicisi olur...

2009-cu ildən Tərtər rayonunda xidmətini davam etdirir...

2016-cı ilin Aprel döyüşlərində fəal iştirak edərək, düşmənin 9 ədəd tankını, 1 ədəd Piyadanın Döyüş Maşınını (PDM), 1ədəd Konandir maşınını və 3 ədəd yük avtomobilini məhv edir, çiynindən və gözündən qəlpə yarası alsa da, əsgərlər ruhdan düşməsin deyə bunu şəxsi heyətdən gizlədir. 5 gün yaralandığını hər kəsdən gizlətməyə çalışsa da, General-mayor Polad Həşimov onun yaralandığını öyrənən kimi təcili hospitala göndərilməsinə əmr verir.

Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan, şəxsi heyəti ilə birgə düşmənin 32 ədəd tankını, 6 avtomobilini, və xeyli sayda canlı qüvvəsini məhv edən, 3 ədəd tankını qənimət götürən Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Mirdaməd Bağlyev!

Açıklama yok.

Qəhrəmanımız Vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "İgidliyə görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Hələ kiçik yaşlarından zabit olmaq arzusu ilə yaşayan qəhrəmanımız hərbi xidmətə artilleriyaçı kimi başlayır. Onun düşmənə təkbaşına vuduğu zərərin dəyəri 15 milyon dollardır.

Qəhrəmanımız Aprel döyüşləri və Vətən müharibəsi ilə bağlı xatirələrində deyir: "Mən yaralıyam deyə geri çəkilə bilməzdim. Çünki biz illərlə həsrətində olduğumuz torpaqlara qovuşurduq. Bir hərbçi olaraq ürəyimizdə olan vətən eşqi, vətən sevdası əsas məsələlərdən biri idi. Məhz buna görə də təlimlərdə həm özümüz, həm tabeliyimizdə olan şəxsi heyət yuxarı komandanlıqdan verilən tapşırıqları düzgün, dəqiq yerinə yetirib, öz üzərimizdə çalışırdıq ki, düşmən işğalı altında olan torpaqları azad edəcəyik. Əsas məqsədimiz bu idi. 2016-cı ildə də də düşmən təxribatının qarşısını almaq üçün həyəcan siqnalı verildi. Əlbəttə ki, düşmən hansı güclə qarşılaşacağını bilmirdi. Bizim ordumuzun gücünü bilmirdi. Aprel döyüşlərində biz düşmən üzərinə yeriyəndə düşmən bizim gücümüzü görüb, geri çəkilməyə məcbur oldu. Hətta əllərində olan silah-sursatı atıb geri qaçırdılar. TapQaraqoyunlu-Talış istiqamətində biz düşmən təxribatının qarşısını aldıq və düşmənin üzərinə əks-hücum edib, irəlilədik. Döyüşün birinci günü mən yaralansam da, əlimizdə olan imkanlarla ilk tibbi müdaxilə edib irəliləməyə davam etdik və mövqelərimizi möhkəmləndirdik. Düşmənin "keçilməz sədd" dediyi ohanyan səddini bizim ordumuz 2-3 saata keçdi. Aprel döyüşləri düşmənə bir daha sübut etdi ki, istədiyimiz vaxt torpaqlarımızı düşmən tapdağından azad edəcəyik və o gün də gəlib çatdı. Vətən müharibəsində döyüşün ilk günündən son gününədək müharibənin iştirakçısı olmuşam. Vətən müharibəsində bizim ordumuz üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi və düşmən tapdağında olan torpaqlarımızı azad etdik. Əsas onlar mühəndis istehkam cəhətdən üstünlük vermişdilər... Cəbhənin yarılması prosesini "baş tutmayacaq" kimi qəbul edirdilər. Fikirləşmirdilər ki, biz cəbhəni yara bilərik. Amma bizim ordumuz cəbhəni yardı və düşmən qorxu içinə düşdü. Bir sözlə, sındılar. Ən qızğın döyüşlərdən biri Suqovuşan istiqamətində getdi. Düşmən bərkimişdi orada və buna baxmayaraq, bizim qüvvələrimiz düşməni darmadağın edib, Gülüstan istiqamətində, Talış kəndi istiqamətində, Suqovuşan istiqamətində, Füzuli istiqamətində fəaliyyətlər göstərdik. Vətən müharibəsi gedişatında bizim heyətlə düşmənin 32 tankı, 7-8 digər texnikasını, xeyli sayda canlı qüvvəsini məhv etdik. Komandir kimi tabeliyimdə olan şəxsi heyətlə düşmən təxribatının qarşısını alıb, düşmənin üzərinə yeridik. Yuxarı komandanlıqdan mənim qarşıma qoyulan tapşırıqları layiqincə yerinə yetirdik. Mənim tabeliyimdə olan şəxsi heyətdən 3 şəhidimiz oldu: gizir Aslan Hüseynov, gizir Ruslan Şahbazov, əsgər Abdulla Əhmədov. Bu qələbəni şəhidlərimizə borcluyuq. Ulu rəbbimdən onlara rəhmət diləyirəm. Ruhları qarşısında baş əyirəm."

Qəhrəmanımızı dinlədikcə uşaqlıqdan baxdığım bütün müharibə filmləri, tarix kitabından öyrəndiyim qəhrəmanlar keçir gözüm önündən... Nə zamansa oxuduğum bir sözü xatırlayıram:" Qəhrəmanlıq da toxum kimidir. Şəhid qanıdır qəhrəmanlığln toxumları. Bu gün məğlub olduq, düşmən qalib gəldi deyə üzülməməliyik. Görəcəksiniz, bir gün gələcək, o şəhid qanından neçə igidlər pöhrələnəcək. Alacaq bu intiqamı, bu qisası, azad edəcək torpaqlarımızı.." Yaxşı xatırlayıram, o vaxt mən bu sözləri oxuyanda dərin bi ah çəkmişdim, kövrəlmişdim, ağlamışdım... İllər sonra məhz bir addımlığımızda olan, boyuna baxıb sevindiyimiz bu igidlər sildi o axan göz yaşlarımızı. Bizə ümid oldu, qol-qanad oldu. Vətənin adını, xalqın başını ucaltdı bu qəhrəmanlar. Qələbədən danışanda belə onu özlərinin deyil, şəhidlərin əsəri sanan qəhrəmanlar....

İnanıram ki, həyatda atdığın bütün addımlarda xalqın duası olacaq vətənin qəhrəman oğlu! Sənin adın cəsarətin, iradənin və Vətənə sədaqətin simvolu kimi tarixə yazılacaq tarix yazan qəhrəmanımız!

Sən və silahdaşların xalqın başını ucaltdınız, qəddini düzəltdiniz, Allah da sizin qəddinizi əyməsin, başınızı hər daim uca etsin xalqın, vətənin, fəxri, qüruru olan oğullar!

Sevinc Bəhmənli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ