Türk din xadimindən qiyamət haqda iddia: Mehdi bu şəhərlərə gələcək – VİDEO


Türkiyəli məşhur dindar Cübbəli Əhmədin son çıxışı diqqət çəkib.

Turkustan.az xəbər verir ki, o, Mehdinin zühuru ilə bağlı yeni açıqlamaları ilə gündəmə gəlib.

Cübbəli Əhməd deyib ki, Mehdi əvvəlcə Konyaya gələcək, burada Mövlana Cəlaləddin Rumi ilə əlaqələndirilən dərgahda “beyət alacaq”, daha sonra isə İstanbula keçəcək.

O iddia edib ki, Mehdi İstanbulda bir il yaşayacaq və fəaliyyət göstərəcək:

“İnşallah həmin müddətdə qəbrimizdə də bir fatihə oxuyar. Mən buna inanıram, o, ziyarət edəcək”.

Cübbəli Əhməd qeyd edib ki, Mehdi haqda bu bilgiləri bilməyən axundlar səhv edir:

“Heç bir məsciddə bu haqda danışılmır, bu da qiyamət əlamətidir. Mehdi Konyaya gələcək. Bu barədə mənbələr var”.

Sözügedən çıxışın görüntüləri sosial mediada viral olub.

Qeyd edək ki, Həzrəti Mehdi islam inancında qiyamətdən əvvəl zühur edərək yer üzündə ədaləti bərpa edəcək şəxs kimi qəbul olunur. Onun haqqında təsəvvürlər əsasən hədislərə söykənir və sünni ilə şiə məzhəblərində bu inanca fərqli yanaşmalar mövcuddur./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ