Starmer və Rutte NATO Zirvəsi öncəsi bir araya gəldi


Böyük Britaniyanın Baş naziri Keir Starmer və NATO-nun baş katibi Mark Rutte Londonda keçirilən görüşdə 7–8 iyul tarixlərində Ankarada baş tutacaq NATO Zirvə Toplantısına hazırlıqları, Ukraynadakı vəziyyəti və Hörmüz boğazında təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən Ofisinin yaydığı yazılı açıqlamaya görə, görüş zamanı tərəflər ilk olaraq Böyük Britaniya hökumətinin hazırladığı yeni Müdafiə İnvestisiya Planı ətrafında fikir mübadiləsi aparıblar.

Keir Starmer bildirib ki, plan hərbi hazırlığın və muxtar müdafiə imkanlarının gücləndirilməsinə, həmçinin Britaniya Silahlı Qüvvələrinin ölkənin və NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri avadanlıqlarla təchiz edilməsinə yönəlib.

Görüşdə həmçinin Fransada keçirilən G7 Sammiti, Almaniyada baş tutan E5 görüşü və Mark Ruttenin ABŞ-a son səfəri çərçivəsində aparılan diplomatik təmaslar da nəzərdən keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ