Ukrayna Prezidenti Vladimir Zelenski Kremli lağa qoyaraq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin dörd ildən artıq müddətdə Donbasın tam ələ keçirilməsi üçün 15 fərqli hədəf tarix müəyyən etsə də, onlardan heç birinə nail olmayıb.
Turkustan.az xəbər verir ki, eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif bölgələrində 419 Ukrayna dronunun vurulduğunu, Moskva ətrafında isə hava hücumundan müdafiə sistemləri tərəfindən 60 dronun zərərsizləşdirildiyini açıqlayıb. Qarşılıqlı hücumların intensivləşməsi fonunda Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsizlik riskləri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Aytən Yaşar/ Turkustan.az