Trampın kürəkəninin layihəsi etirazlara səbəb oldu: Tiranada toqquşma


Albaniyanın paytaxtı Tiranada ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin həyata keçirməyi planlaşdırdığı kurort layihəsinə qarşı keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib. Hadisə nəticəsində altı nəfər saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, etirazlar əvvəlcə Albaniyanın cənub sahillərində nəzərdə tutulan tikinti layihəsinə qarşı başlasa da, sonradan hökumətin istefası, mübahisəli investisiya və ətraf mühitlə bağlı qanunların ləğvi, eləcə də müvəqqəti hökumətin yaradılması tələblərini əhatə edən genişmiqyaslı siyasi aksiyalara çevrilib.

Çərşənbə axşamı parlamentin plenar iclası zamanı təxminən 200 etirazçı parlament binasının qarşısına toplaşıb. Nümayiş iştirakçılarından bəziləri deputatların avtomobillərinə yumurta atıb. Bundan sonra polis etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb.

Gərginlik daha sonra artıb. Etirazçılar polisə su şüşələri və daşlar atıb, nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. Hadisə zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.KİV: Trampın kürəkəni Yaxın Şərq siyasətində əsas rol oynayacaq

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ