Gələn il pensiyalar nə qədər arta bilər? – AÇIQLANDI


Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli hazırkı qanunvericilik çərçivəsində pensiyaların artırılmasının müəyyən edilmiş qaydalar əsasında həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, inflyasiya göstəricisi indeksləşdirmə zamanı əsas meyar hesab olunmur:

“Pensiyaların artırılması mümkündür, lakin bu, qanunvericilikdə müəyyən olunmuş mexanizm əsasında həyata keçirilir. Hazırda işləyən şəxslərin orta aylıq əməkhaqqında təxminən 6,2 faizlik artım müşahidə olunur. Əgər ilin sonuna qədər bu dinamika qorunarsa, gələn il pensiyalar da təxminən həmin faiz qədər artırılacaq”, – deyə iqtisadçı vurğulayıb.

Xalid Kərimli qeyd edib ki, inflyasiya səviyyəsi və yaşayış minimumundakı dəyişikliklər pensiyaların indeksləşdirilməsi zamanı birbaşa nəzərə alınmır.

“Qanuna görə, pensiyaların artırılması inflyasiya göstəricisinə deyil, əvvəlki ildə muzdlu işləyən şəxslərin orta aylıq əməkhaqqının artım tempinə əsaslanır. Hazırda qüvvədə olan mexanizm budur”, – deyə o, əlavə edib.


MANŞET XƏBƏRLƏRİ